Ukrayna Silahlı Qüvvələrinin Lisiçanska hücumu ilə əlaqədar Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Teleqram kanalında yazıb.
O, iclasın sabah günorta saatlarında keçirilməsinin planlaşdırıldığını bildirib.
Qeyd edək ki, Ukrayna ordusu Luqanskın Rusiyanın nəzarətində olan Lisiçansk şəhərinə ötən gün zərbə endirib. Rusiya hücumun HİMARS-la həyata keçirildiyini iddia edib. Hücum nəticəsində 28 nəfər ölüb, 10 nəfər yaralanıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü