Zərdab Rayon Polis şöbəsinin iki rəis müavini sərəncama göndərilib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə RPŞ-nin xidmət üzrə rəis müavini polis polkovnik-leytenatı Urman Ağayev və əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı İkram Əhmədov vəzifəsindən azad edilib.
Onların hər ikisi sərəncama götürülüb.
Qeyd edək ki, Urman Ağayev 2020-ci ildə, İkram Əhmədov 2021-ci ildə sözügedən vəzifələrə təyin olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü