Ermənistanda əhalinin 15.1 faizi Baş nazir Nikol Paşinyana tam güvənir.
BUTA.TV xəbər verir ki, bunu “Qallup” beynəlxaq şirkətinin Ermənistandakı nümayəndəsi Aram Navasardyan 23-26 yanvar tarixlərində keçirilən sorğunun nəticələri ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, respondentlərin 13.9 faizi sadəcə güvəndiyini, 28.3 faizi isə güvənmədiyini deyib. 38.1 faiz isə bildirib ki, Nikol Paşinyana ümumiyyətlə güvənmir. Cəmi 4.6 faiz isə suala cavab verməkdə çətinlik çəkdiyini deyib.
Qeyd edək ki, ötən ilin noyabrında keçirilən sorğuda respondentlərin 20.4 faizi tam güvəndiyini, 13.2 faizi güvəndiyini, 18.6 faizi güvənmədiyini, 35.5 faizi isə ümumiyyətlə güvənmədiyini demişdi. Suala cavab verməkdə çətinlik çəkənlər isə 12.3 faiz təşkil etmişdi.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü