Azərbaycanda növbədənkənar prezident seçkiləri qüsursuz təşkil olunub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu prezident seçkilərini müşahidə edən rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib.
“Mən indi Bakıdayam və vətəndaşların seçki məntəqələrində necə növbələrə durduğunun şahidi olmuşam. Hər yerdə nizam-intizam var. Təhlükəsizlik tədbirləri çox yaxşı şəkildə təşkil olunub, hər şeyi izləyən çoxlu polis əməkdaşları var. Seçkilərin təşkili baxımından hər şey tam qüsursuz həyata keçirilib”, - o qeyd edib.
“Azərbaycan xalqı başa düşür ki, qlobal dəyişikliklərin belə çətin dövründə ölkəyə rəhbərlik edəcək şəxsin seçilməsi son dərəcə böyük məsuliyyətdir. Buna görə Azərbaycan əhalisi fəal şəkildə seçkilərdə iştirak edir”, - Y.Mixaylov vurğulayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü