Ermənistanın Təhsil və Mədəniyyət Nazirliyi məktəb direktorlarına Qarabağ müharibəsində ölən əsgərlərin şöhrət guşəsinin təhsil ocaqlarından yığışdırılması ilə bağlı göstəriş verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Məlumata görə, bu xəbəri eşidən əsgər yaxınları etiraz edib. Hətta bəzi valideynlər belə bir addımın atılacağı təqdirdə Təhsil Nazirliyi önündə özlərini yandıracağını bildirib:
“Deməli, uşaqlarımız buna görə həlak olublar, buna layiq olublar? Onların şəklini qoymayıb, kimin şəklini qoyacaqlar?! Bu dəfə dözməyəcəyik, əvvəl ən qiymətlilərimizi, indi isə onların “Şöhrət guşələrini” alırlar. Bizim oğlanlar inamla ölümsüzlüyün qucağına getdilər, amma bilmirdilər ki, düşmən daxildədir”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü