Azərbaycan və Ermənistanı yaranan fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırırıq.
BUTA.TV xəbər verir ki, bu barədə İslam Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Azərbaycan-Ermənistan sərhədindəki insidentlə bağlı bildirib.
“İxtilafların sülh yolu ilə həllinə çağırır və hesab edirik ki, regionda davamlı sülhə yalnız dialoq və diplomatiya yolu ilə nail olmaq olar”, - deyə Kənani qeyd edib.
O, həmçinin iki dövlət arasında sülh sazişinin bağlanmasının sürətləndirilməsini zəruriliyini ifadə edib.
Qeyd edək ki, 12 fevralda Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq, əsgərimizi yaralayan erməni terrorçulara qarşı Dövlət Sərhəd Xidməti bu gün qisas əməliyyatı keçirib. Nəticədə 4 erməni əsgər məhv edilib, yaralılar var.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü