İranın dini rəhbəri Əli Xameneinin fars dilinin hazırkı durumu və ondan istifadə səviyyəsi ilə bağlı vəziyyətdən narahat olduğunu ifadə edən çıxışı yayılıb.
BUTA.TV xəbər verir ki, video sosial media kanallarında paylaşılıb.
“Həqiqət budur ki, fars dilinin vəziyyətindən çox narahatam, buna görə isə radio və televizya şirkətindən gileyliyəm. Təmiz, cilalanmış fars sözlərindən istifadə etmək əvəzinə, yanlış terminlərdən, xüsusən köksüz, dəyərsiz firəng və başqa xarici sözlərdən istifadə olunur”, - Xamenei bildirib.
Qeyd edək ki, fars dilinin inkişafı və yeni fars sözlərinin yaradılması ilə məşğul olan Fars Dili və Ədəbiyyatı Akademiyası ölkədə ən çox büdcə ayrılan qurumlardan biridir.
Əli Xamenei isə ölkədə qeyri-fars dillərin tədrisi ilə bağlı tələbləri “düşmənlərin fitnəsi” adlandırır və insanları dillərinə görə deyil, islama bağlılıqlarına görə səciyyələndirməyi məsləhət görür.
Xatırladaq ki, Əli Xamenei azərbaycanlıdır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü