İsrail Müdafiə Qüvvələri Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın 7 oktyabr 2023-cü ildə İsrailə hücumdan sonra Qəzza zolağının cənubunda Xan-Yunisdəki tuneldən qaçdığı əks olunan videogörüntüləri nümayiş etdirib.
BUTA.TV xəbər verir ki, video İsrail Müdafiə Qüvvələrinin X hesabında yayımlanıb.
“Sinvar qaçır və yeraltı terror tunelləri şəbəkəsində gizlənir. Qəzzanın dinc sakinləri isə bu zaman yer üzərində HƏMAS hakimiyyətindən əziyyət çəkirlər. Kifayət qədər dərinlikdə tunel yoxdur ki, o gizlənə bilsin”, - deyə paylaşımda qeyd edilib.
İsrail Müdafiə Qüvvələrinin nümayəndələri jurnalistlər üçün təşkil etdikləri brifinqdə bildiriblər ki, Sinvar, onun həyat yoldaşı və uşaqları, həmçinin HƏMAS liderinin qardaşı olduğu güman edilən şəxsin əks olunduğu video oktyabrın 10-da lentə alınıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü