ABŞ Dövlət katibi Entoni Blinken ilə Fransanın xarici işlər naziri Stefan Sejurne arasında görüş olub.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Onlar Qəzzada münaqişənin yayılmasının qarşısının alınmasının, o cümlədən Livanda gərginliyin, həmçinin Yəmən üsyançılarının (husilərin) ticarət gəmilərinə hücumlarının qarşısının alınmasının vacibliyini müzakirə ediblər. Bundan əlavə, Blinken və Sejurne Yaxın Şərqdə münaqişənin eskalasiyasını, ABŞ və Fransanın Ukraynaya gələcək dəstəyindən danışıb və Vaşinqtonda keçiriləcək NATO sammitini müzakirə ediblər”, - məlumatda bildirilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü