Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi Qarabağda özünü buraxmış separatçıların keçmiş “prezidenti” Samvel Şahramanyana bildiriş göndərib. Ondan yaxın günlərdə idarəyə gəlməsi istənilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşrin komitəyə ünvanladığı sorğu ətraflı şərh olunmasa da, Şahramanyana bununla bağlı məlumat verildiyi söylənilib.
Nəşr öz mənbələrinə istinadən xəbər verir ki, Şahramanyana qarşı cinayət işi açılmayıb:
“Hər hansı cinayət işi açılmayıb. Şahramanyanı istintaq orqanına çağırmaqda məqsəd Qarabağ (Arsax) erməni sakinlərini cilovlamaq və qorxutmaq ola bilər ki, “döyüşə” çıxmasınlar. Oktyabr ayından bəri müxtəlif “arsax” “rəsmiləri” istintaq orqanlarına çağırılır və onlarla “izahedici” işlər aparılır. Bununla da “artsax” sakinlərinin mümkün fəallığının qarşısını almağa çalışırlar. Şahramanyana bildiriş gəlməsi də təsadüf deyil və dünən bir çox “arsax” sakini hakimiyyətə qarşı mitinqdə iştirak etməklə yanaşı, tribunadan da çıxış ediblər”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü