Azərbaycan Basketbol Federasiyası (ABF) DÇ-2027-nin Avropa üzrə seçmə mərhələsinin II turunda Kosovo üzərində qələbə qazanan milli komandaya (87:77) pul mükafatı verəcək.
BUTA.TV xəbər verir ki, bunu ABF-nin prezidenti Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Qurum rəhbəri A qrupunda keçirdiyi ikinci matçında ilk qalibiyyətini əldə edən Azərbaycan yığmasının çıxışına münasibət bildirib:
“İlk dəfədir dünya çempionatının seçmə mərhələsində çıxış edirik. Bu qələbə Azərbaycan basketbolunun inkişafında irəliyə doğru addımdır. “Sərhədçi” Olimpiya İdman Mərkəzində əsl bayram ab-havası hökm sürürdü. Bu seçmə mərhələ basketbolumuz üçün yeni nəfəsdir. Uğurlar artdıqca tribunalara daha çox azarkeş gələcək”.
Qeyd edək ki, yığma ilk turda səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü