Erməni politoloqlar Suren Saakyan və Areq Koçinyan İctimai Televiziyada debatdan sonra dava ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Məlumata görə, dava o qədər ciddi olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırmaq lazım gəlib.
Saakyan mediaya bildirib ki, davaya səbəb televiziya verilişi zamanı Areq Koçinyanın onun ünvanına təhqiramiz ifadələr səsləndirməsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan insident faktını təsdiqləyib. Onun sözlərinə görə, iştirakçılar bir-birinin əleyhinə ifadələr yazıblar və bu ifadələr Ermənistanın İstintaq Komitəsinə göndərilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü