Olaf Şolts və Emmanuel Makron arasında Kiyevə yardımla əlaqədar fikir ayrılıqları Fransa Prezidentinin Ukraynaya qoşun göndərməsi ilə bağlı açıqlaması fonunda açıq düşmənçiliyə çevrilir.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
“Makron Ukrayna ilə bağlı sərt danışmağa hazırdır, lakin o, Berlinlə müqayisədə kifayət qədər addım atmayıb. Belə ki, Almaniya Ukraynaya 17 milyard avrodan çox, Fransa isə cəmi 640 milyon avro yardım göstərib və ya vəd edib”, - məlumatda deyilir.
Eyni zamanda, nəşr iki ölkənin Ukraynaya yardım yanaşmalarını müqayisə edərək, Almaniyanın müəyyən növ silahlar, məsələn, “Taurus” raketlərini göndərməkdə ciddi tərəddüd etdiyini də qeyd edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü