Bloger Nastya İvleyeva yenidən “doğuş yaşayır” və bu, onu dövlət qulluğuna gətirə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə rusiyalı prodüsser Pavel Rudçenko deyb.
“O, aktiv bir insan kimi ölkəmizin siyasi həyatı, inkişafı ilə maraqlanırsa, mümkündür ki, bu maraq onu dövlət qulluğuna kimi gətirsin. Hətta ola bilsin ki, o, deputat da ola bilər”, - deyə prodüsser bildirib.
Qeyd edək ki, bir müddət öncə bloger Anastasiya İvleyevanın Rusiyada bəzi sənətçilərlə birgə “Çılpaq gecə” mərasimini təşkil etməsi böyük səs-küyə və tənqidlərə səbəb olmuşdu. Hətta dövlət başçısı Vladimir Putin də çıxışlarından birində bu olaylara eyham vurmuşdu.
Bu hadisələrdən sonra bloger ictimai sferadan bir müddətlik uzaqlaşıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü