Aritmiya ürəyin normal ritminin pozulmasıdır. Bu istənilən sağlam insanda da yarana bilər.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, kardioloq Aleksandra Staroverova aritmiyanın adi yorğunluq verə bildiyini açıqlayıb.
“Aritmiya ürək ritminin müntəzəmlik və tezliyinin pozulmasıdır. Bu pozulma ilə hətta ən möhkəm və sağlam insanlar da rastlaşa bilər. Aritmiyanın yaranma səbəbi heç də həmişə patoloji olmur. Amma o təkrarlanırsa, mütləq müayinə olunub, riskli durumları müəyyən etmək lazımdır.
Aritmiyanın simptomları – başgicəllənmə, zəiflik, sinədə sıxılma, döyüntü, döş qəfəsində sanki vurğu, huşun dumanlanması və itməsi ola bilər.
Aritmiya ürək patologiyası ilə əlaqəli olduqda təhlükəlidir. Bunlara işemiya, miokardit, mədəciklərin fibrilyasiyası aiddir. Eyni zamanda zob, depressiya və stresdə aritmiya olur”, - kardioloq qeyd edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü