İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə saat 16 radələrində İmişli-Biləsuvar yolunun İmişli rayonunun Hacırüstəmli kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı İmişli rayonunun Aranlı kənd sakinləri Şahin Dadaş oğlu Kərimov və Şahmar Ələkbər oğlu Kərimov xəsarət alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.
Kəllə-beyin travması alan Şahin Kərimov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü