Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Venesuelanın paytaxtı Karakasa gizli səfər edib və burada Prezident Nikolas Maduro ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.
Məlumata görə, Conson ailəsi ilə birlikdə istirahət etdiyi Dominikan Respublikasından şəxsi təyyarəsi ilə Karakasa yollanıb. Keçmiş baş nazir burada 24 saatdan az qalıb.
Qeyd olunub ki, keçmiş baş nazir Maduro ilə Rusiyanın Ukraynaya müdaxiləsini və Venesueladan Rusiyaya mümkün silah və digər hərbi texnika tədarükü barədə məlumatları müzakirə edib.
Səfərin ötən ay baş tutuğu bildirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü