Rusiya ordusu Ukraynada iki ədəd “Patriot” zenit-raket kompleksini məhv edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Məlumata görə, ruslar Pokrovsk yaxınlığında “Patriot” sistemlərinin buraxılış qurğusunu aşkarlayıblar.
“Həmişəkindən daha sürətli reaksiya verən “İskəndər” raketinin ekipajı Ukrayna karvanını vurub. “Patriot” buraxılış qurğularının ikisi partlayıb və demək olar ki, bütün ekipaj həlak olub”, - məlumatda qeyd olunub.
“Patriot”ların vurulması ilə bağlı Almaniyanın “Bild” nəşrinin jurnalisti Yulian Repke də məlumat yayıb.
Qeyd edək ki, martın 9-da Rusiya Müdafiə Nazirliyi Pokrovsk yaxınlığında Ukraynaya məxsus iki ədəd S-300 hava hücumundan müdafiə sisteminin buraxılış qurğusunun “İsgəndər” raketi vasitəsilə məhv edildiyini açıqlamışdı.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü