Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Biləsuvar şəhərində, Melioratorlar qəsəbəsinin yaxınlığında baş verib.
BUTA.TV xəbər verir ki, Vəliyev Mirəli Abasət oğlunun idarə etdiyi “Hunday Santa Fe” və Vəliyev Alim Rzaxan oğlunun “Vaz 2109” markalı minik avtomobilləri toqquşub.
Qəzada “Vaz 2109” markalı minik avtomobilin sürücüsü və digər avtomobilin sərnişini olan Tahirova Şəfəq Gülağa qızı müxtəlif dərəcəli xəsarət alıblar. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü