Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a bildirilib ki, martın 11-də saat 01 radələrində Ağdaş şəhəri ərazisində VAZ-2104 markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.
Müxtəlif bədən xəsarətləri alan avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Ceyhun Vəli oğlu Qəhrəmanov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü