Türkiyənin "Haber Qlobal" telekanalı Azərbaycanın 5 aprel tarixində keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransına etirazı barədə süjet yayımlayıb.
BUTA.TV xəbər verir ki, süjetdə Ermənistanın Azərbaycanla sülh prosesinin irəli aparılması əvəzinə Qərbin diktəsi ilə Cənubi Qafqazda yeni münaqişə yaratmaq cəhdləri barədə danışılır.
"Qərbin məqsədi Rusiyadan uzaqlaşan Ermənistanı nəzarət altına almaqdır. Bu isə hazırda bölgədə zəif dövlət olan Ermənistanın işinə yaramır. Çünki yeni münaqişə dövlətin parçalanmasına gətirib çıxaracaq", - reportajda vurğulanıb.
Bildirilir ki, Ermənistanın ABŞ-a sığınması İrəvan üçün məqsədəuyğun deyil. Çünki bu ilin noyabrında Ağ Ev öz yeni liderini seçəcək. Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə Ermənistana üz çevirəcəyi ehtimal olunur. Belə ki, Tramp administrasiyası Ukrayna müharibəsi, Çinlə münasibətlər və miqrasiya siyasətini ön plana çəkəcək.
Daha ətraflı “Haber Qlobal”ın videomaterialında:
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü