ABŞ İsrailin konsulluğumuza hücumuna yaşıl işıq yandırdı.
BUTA.TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Dəməşqdə Suriyanın xarici işlər naziri Feysal Mikdad ilə birgə mətbuat konfransında deyib.
“Netanyahunun ABŞ-ın yaşıl işığı olmadan belə bir şey edə bilməsi mümkün görünmür. Vaşinqtonun bu hücumu pisləyən bəyanat yaymaması onun İsrailə yaşıl işığının işarəsidir”,- o bildirib.
Həmçinin o, amerikalıların İrana mesaj göndərərək, Dəməşqdəki konsulluğa hücumda onlarla İsrail arasında koordinasiyanın olmadığını vurğuladıqlarını deyib.
Qeyd edək ki, ötən gün Əmir Abdullahian suriyalı həmkarının iştirakı ilə Dəməşqdə İranın yeni konsulluğunun açılışında iştirak edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü