Dünya Bankı Türkiyəyə dəstəyini 17 milyarddan 35 milyard dollara çatdırıb.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.
"Dünya Bankı ilə güclü əməkdaşlığımız çərçivəsində növbəti 5 illik dövr üçün maliyyə əməkdaşlığı proqramı yaradılıb. Əldə olunan razılaşmaya əsasən, ilk 3 ildə Türkiyəyə əlavə 18 milyard dollar maliyyə ayrılacaq. Sözügedən məbləğin 6 milyard dollarını Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, 9 milyardını isə Beynəlxalq Maliyyə Korporasiyası təmin edəcək.
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi tərəfindən ayrılacaq 3 milyard dolların təxminən üçdə ikisinin isə özəl sektorun inkişafına yönəldilməsi nəzərdə tutulur", - nazir bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü