Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı razılaşmaları pozmağa çalışır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazir Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunlarına həsr olunan mətbuat konfransında deyib.
"ABŞ və əlaltıları Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı razılaşmaları pozmağa çalışır, Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların reallaşdırılmasını istəmirlər", - Lavrov bildirib.
Lavrovun sözlərinə görə, Qərb həmçinin, aktiv şəkildə Mərkəzi Asiyaya daxil olmağa çalışır:
"Onlar açıq-aşkar Rusiya Federasiyasını hədəfləyən müxtəlif formatlar yaradır. Strateji planda Qərbin xətti uğursuzluğa məhkumdur".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü