Cənubi Afrika Respublikasının cənub-şərqində son üç gün ərzində yağan leysan yağışlarının yaratdığı daşqınlar səbəbindən azı 5 nəfər ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə KvaZulu-Natal əyalət hökumətinin başçısı Nomusa Dube-Nkube məlumat verib.
Onun sözlərinə görə, hazırda əyalətdə xilasedicilər işləyir:
“Beş nəfər həlak olub, yollara, körpülərə və digər infrastruktura ciddi ziyan dəyib. Evlər dağıdılıb, onların dəqiq sayı müəyyənləşdirilir”.
Sinoptiklər Cənubi Afrikada quru mövsümün artıq başladığı üçün hazırkı havanın qeyri-adi olduğunu bildirir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü