ABŞ qurumlarına qarşı kiberəməliyyatlar aparmaqda ittiham olunan üç İran vətəndaşı haqqında etibarlı məlumatı olan hər kəsi mükafatlandıracağıq.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinə bağlı "Ədalət üçün Mükafat" proqramı özünün rəsmi internet səhifəsində və sosial media hesablarında bildiriş yayıb.
“Xarici dövlətlərin nəzarəti və göstərişi ilə ABŞ-ın həyati infrastrukturlarına qarşı zərərli kiberfəaliyyətlər həyata keçirən Rza Kazımifər Rəhman, Hüseyn Məhəmməd Haruni və Komeyl Bəradəran Salmaninin yerinin müəyyən edilməsi barədə məlumat müqabilində 10 milyon dollara qədər mükafat veriləcək”, - məlumatda bildirilib.
Bu üç nəfər ABŞ-ın 12 şirkətinə təşkil edilmiş çoxillik hücumlarda iştirak etməkdə, həmçinin ABŞ Dövlət və Maliyyə departamentlərinin kompüter sistemlərini sındırmağa cəhddə ittiham olunurlar.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü