Paytaxtın 153 nömrəli tam orta məktəbində yanğın hadisəsi baş verib.
BUTA.TV Bakı.vs-ə istinadla xəbər verir ki, yanğın məktəbin kitabxanasında qeydə alınıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətidən bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 153 nömrəli məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub.
“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb. Təxliyəyə ehtiyac olmayıb” .
Hadisə yerindən görüntüləri təqdim edirik:
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü