Bu, Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Kirantsdan keçən hissəsidir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu özünü iranşünas kimi təqdim edən erməni ekspert Vardan Voskanyan deyib.
O iddia edib ki, delimitasiya prosesi burada həyata keçirilsə, Azərbaycan Ordusu alternativ yoldan təxminən 20 metr aralıda yerləşəcək.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan sərhədin delimitasiyası prosesindən danışarkən Azərbaycan Ordusunun yaxınlıqda yerləşməsinin təhlükəli olmadığını deyib.
“Erməni sakinlər düşünsünlər ki, nə yaxşı Azərbaycan sərhədi 50 metr uzaqdan başlayır, rahat ticarətlə məşğul ola biləcəklər”, – N.Paşinyan bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü