Rabitəbank rəhbərliyi ABŞ-ın mühüm maliyyə institutlarından biri olan "Bank of New York Mellon" ilə yeni texnologiyaların tətbiqi sahəsində işbirliyini müzakirə etmək məqsədilə Nyu York şəhərində əhəmiyyətli bir görüşdə iştirak edib.
BUTA.TV xəbər verir ki, 23 aprel 2024-cü il tarixində baş tutan görüşdə "Rabitəbank" ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev ABŞ-da sürətlə inkişaf edən maliyyə texnologiyaları ilə bağlı ən son yenilikləri öyrənmək və Rabitəbankın təcrübəsini artırmaq üçün əməkdaşlıq imkanlarını müzakirə edib.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü