Ermənistan və Ukrayna xarici işlər nazirləri – Ararat Mirzoyan və Dmitri Kuleba arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında deyilir.
Tərəflər Cənubi Qafqazdakı vəziyyəti və Bakı və İrəvan arasındakı danışıqlar prosesini müzakirə ediblər.
Söhbət zamanı Mirzoyan Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq üçün səy göstərildiyini vurğulayaraq, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının, xüsusilə delimitasiya prosesində ərazi bütövlüyü prinsipinə qeyd-şərtsiz hörmət edilməsinin vacibliyini qeyd edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü