Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, VAZ 2107 və “Niva-Şevrolet” markalı avtomobillər toqquşub. İlkin məlumatlara görə, qəzaya səbəb nəqliyyat vasitələrinin sürət həddini aşması olub.
Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolu bir müddət bağlı qalıb. Lakin hadisə şahidlərinin köməyi ilə nəqliyyat vasitələri yoldan kənarlaşdırılıb və magistralda hərəkət bərpa olunub.
Qəza yerinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Briqadası cəlb edilib. İki nəfərin hadisə yerində öldüyü, daha bir neçə nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Hazırda hadisə yerində araşdırmalar aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü