Qarabağda qondarma qurumun “prezidenti” olmuş Arkadi Qukasyan barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət olunub.
BUTA.TV xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində vəsatətə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılıb.
Təqdimatda Arkadi Qukasyanın irihəcmli cinayət işi üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi əsas gətirilərək barəsində seçilmiş qətimkan tədbrinin daha bir neçə ay uzadılması istənilib.
Məhkəmə vəsatət və təqdimatı təmin edib. Qərara əsasən, A.Qukasyan barədində həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.
Bundan başqa, Bakıda həbsdə olan daha bir separatçının həbs müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü