Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Qarabağ ermənilərinin respublikadan köçü haqda yaydığı məlumat həqiqəti əks etdirmir.
BUTA.TV xəbər verir ki, bu sözləri Qarabağdan getmiş “siyasətçi” Akop Akopyan deyib.
O bildirib ki, iyunun 1-nə olan məlumata görə, Qarabağdan Ermənistana köçən ermənilərdən 17743 nəfərin ölkəni tərk etdiyi, onlardan yalnız 7435 nəfərin geri qayıtdığı iddia edilib:
“Yəni iyunun 1-nə olan məlumata görə, Qarabağdan gedən 10 308 erməni Ermənistanı birdəfəlik tərk edib. Qonşuluğumuzu tərk edənlərin sayına görə biz bu rəqəmlərə inanmırıq. Gedənlərin sayı göstəriləndən qat-qat çoxdur, lakin qeyd etmədiyimiz üçün dəqiq rəqəm deyə bilmərik”.
O bildirib ki, təkcə Qarabağdan gedənlər deyil, Ermənistanda olan ermənilər də ölkəni tərk etməyə çalışır. Səbəb isə işsizlikdir:
“Böyük əksəriyyət isə Rusiyaya gedir və orada məskunlaşır. Çünki Rusiyada iş tapmaq asandır, giriş-çıxışda problem yoxdur, dili də bilirlər”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü