2026-cı ildə Türkiyədə əhalinin tərkibində kişi və qadınların nisbəti 86 ildən sonra ilk dəfə zərif cinsin xeyrinə dəyişəcək.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsinin (TSİ) iyulun 31-də, çərşənbə günü açıqlanan demoqrafik proqnozunda deyilir.
TSİ xatırladıb ki, 2023-cü ilin sonuna olan məlumata görə, Türkiyə əhalisi 85 milyon 372 min 377 nəfərdir, onların 42 milyon 734 min 71 nəfəri kişilər, 42 milyon 638 min 306-sı qadınlardır.
Ekspertlərin hesablamalarına görə, 2026-cı ildə Türkiyədə 86 milyon 654 minə yaxın insan yaşayacaq, üstəlik qadınların sayı kişilərin sayını bir qədər də üstələyəcək.
Eyni zamanda, 2075-ci ilə qədər Türkiyədə qadınların sayı kişilərin sayını artıq 1,5 milyon nəfər üstələyəcək və bu tendensiya ən azı XXII əsrin əvvəlinə qədər davam edəcək.
TSİ hesab edir ki, 2050-ci ildən sonra ölkə əhalisinin sayı tədricən azalmağa başlayacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü