"Pakistan Daily" qəzetinin redaktoru Həmzə Azhar Salam X hesabında Prezident İlham Əliyev barədə paylaşım edib.
BUTA.TV xəbər verir ki, jurnalist ölkə başçısı ilə çəkilmiş fotosunu paylaşaraq, Azərbaycan lideri barəsində diqqətini çəkən doqquz məqamı qeyd edib:
"Azərbaycan Prezidenti İlham Əliyev haqqında diqqətimi çəkən doqquz məqam:
1. İngilis, türk, Azərbaycan, fransız və rus dillərində danışa bilir;
2. Bir qurtum su içmədən çətin suallara üç saatdan çox cavab verə bilir;
3. Bir çox müxtəlif layihələrin maliyyə rəqəmlərini əzbər söyləyə bilir;
4. O, müxtəlif ölkələrin media ekosistemlərindən xəbərdardır;
5. O, jurnalistlər üçün bir çox Qərb liderlərindən daha əlçatandır;
6. Bəzən söhbətlərinə/cavablarına yumor əlavə edir;
7. Partiya iclaslarında onun ritorikası sülhə meyilli görünür, lakin lider kimi o, istənilən ehtimala hazırdır;
8. Müttəfiqlərinə necə hörmət etməyi və düşmənlərini çəkindirməyi bilir;
9. Açıqsözlüdür, sözü dolandırmaz və onun yüksək iş etik standartlarını anlayan istedadlı, çalışqan komanda ilə işləməkdən həzz alır".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü