Çalışırıq ki, həmişə ağıllı oynayaq. Daha çox güc sərf etmək lazım olacaq. Başqa çıxış yolumuz yoxdur. Qalib gəlmək lazımdır. Bununla yanaşı, Bakıdakı bəzi səhvləri etməli deyilik.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ludoqorets"in çalışdırıcısı Georgi Dermenciyevin "Qarabağ" səfərdə qalib gəlmək üçün ağıllı oynamalıdır" sözlərinə reaksiya verərkən bildirib.
"İnanıram ki, futbolçularım buradakı oyundan daha yaxşı, daha möhkəm oynayacaqlar. Buna ehtiyac var. Qarşımızdakı rəqibə hörmətlə yanaşmaq lazımdır. Əvvəlcədən də demişdim ki, oyunçularının ustalığı yüksəkdir. Bakıda bunu tam gördük. Üstünlük bizim tərəfdə idi. Amma çox tez bir zamanda qol epizodları yaratdılar. Buna hazır olmalıyıq. Təcrübəmiz var. Qələbə üçün çalışacağıq", - Q.Qurbanov qeyd edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü