İran Prezidenti Məsud Pezeşkian yeni nazirlərini müəyyən edib.
BUTA.TV Globalinfo.az-a istinadlad xəbər verir ki, Pezeşkian xarici ilər naziri postuna Abbas Araqçinin, müdafiə naziri vəzifəsinə isə Əziz Nəsirzadənin namizədliyini irəli sürüb.
Bundan başqa, Pezeşkian kəşfiyyat naziri vəzifəsində olan İsmayıl Xətibin yenidən bu vəzifəyə namizədliyini irəli sürüb. Onun irəli sürdüyü namizədləri parlament təsdiqləməlidir.
Qeyd edək ki, Araqçi Həsən Ruhani dövründə xarici işlər nazirinin müavini işləyib. SEPAH-da uzun müddət xidmət edən Araqçi sonra İranın Qərblə nüvə danışıqlarının aparılmasında aktiv iştirak edib.
Araqçi həmçinin İkinci Qarabağ Müharibəsindən sonra İranın Qafqazdakı situasiyaya müdaxilə edib, Azərbaycana qarşı təzyiqlər yaratmağa çalışdığı dönəmdə Tehranın planlarını gerçəkləşdirən əsas diplomatlardan olub.
Bundan başqa, o, Azərbaycanla İranı “bir millət, iki dövlət” adlandırması ilə də diqqət çəkmişdi.
Əziz Nəsirzadəyə gəlincə isə o, İran ordusunun baş qərargah rəisinin birinci müavinidir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü