İraqın xarici işlər naziri gələn ay ABŞ qüvvələrinin ölkədən çıxarılması ilə bağlı rəsmi açıqlama vermək üçün Vaşinqtona gedəcək.
BUTA.TV xəbər verir ki, “Tasnim” xəbər agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, iraqlı nazir Vaşinqtonda ABŞ dövlət katibi ilə mətbuat konfransı keçirərək, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın fəaliyyətinin başa çatması ilə bağlı bəyanatı oxuyacaqlar.
Mənbələr vurğulayıb ki, beynəlxalq hərbi koalisiya qüvvələrinin İraq Kürdüstanı istisna olmaqla, İraqdan çıxarılması 2025-ci ilin sentyabrında başlayacaq, 2026-cı ilin sentyabrında isə Kürdüstan bölgəsindən çıxması planlaşdırılır.
Qeyd edək ki, ABŞ qüvvələrinin İraqdan çıxması ilə bağlı ilk məlumat ötən ay yayılmışdı.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü