Avropa diplomatiyasının rəhbəri Jozep Borrell telefon danışığı zamanı Abbas Arakçını İranın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
BUTA.TV xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Borrell mövcud regional və qlobal problemlərə toxunaraq, İran və AB arasında siyasi müzakirələrin, məsləhətləşmələrin yeni hökumət dövründə davam edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Arakçı isə iki ölkə arasındakı problemləri həll etmək və Avropa ölkələrinin yanlış siyasətlərini aradan qaldırmaq üçün dialoq lazım olduğunu vurğulayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü