Azərbaycan Premyer Liqasının IV turunda "Sabah" Masazırda "Sumqayıt"ı qəbul edib.
BUTA.TV xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün 12-ci dəqiqəsində “Sumqayıt” komandası Fernando Da Silvanın qolu ilə hesabı açıb. Ancaq sumqayıtlılar üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib. İlk hissənin bitməsinə 2 dəqiqə qalmış “Sabah”dan Namik Ələskərov hesabı bərabərləşdirməyə nail olub. 54-cü dəqiqədə Pavol Safranko “Sabah”ı hesabda önə çıxarmağı bacarıb. 77-ci dəqiqədə Bakı klubundan Cesse Sekidika fərqi 2 topa çatdırmaqla son nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Zirə” - “Şamaxı” matçı ilə yekun vurulacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü