Yəmən husiləri Livan Hizbullah hərəkatının liderlərini İsrailin mövqelərinə böyük hücumlara görə təbrik ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
“Biz islam müqavimətinin qəhrəmanlarını dəstəkləyirik, sionist düşmənə qarşı bütün mümkün variantları və cəza əməliyyatlarını təbrik edir və dəstəkləyirik. Biz də bir daha bildiririk ki, Yəmənin cavabı qaçılmazdır və qarşıdakı günlər, gecələr və döyüş meydanı bunu sübut edəcək”, - müraciətdə bildirilib.
Qeyd edək ki, Hizbullah Beyrutda hərbi komandir Fuad Şükürün öldürülməsinə cavab olaraq İsrail ərazisinə yüzlərlə pilotsuz təyyarə və raket atıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü