Paytaxtın Suraxanı rayonu və digər ərazilərində silsilə oğurluq hadisələri qeydə alınıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə hazırladıqları xüsusi maskalarla kamuflyaj olunaraq 7 marketi talayıblar. Onlar həmin marketlərdən iki min manatdan artıq nağd pul, 12 min manat dəyərində tütün məmulatları və ödəmə terminallarından 27 000 manata yaxın maddi vəsait ələ keçiriblər.
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qabaqcadan əlbir olaraq qeyd edilən cinayət əməllərini törədən şəxslər - 2000-ci il təvəllüdlü Rəhman Məhərrəmov və 1975-ci il təvəllüdlü Cəbrayıl Bağırov saxlanılıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məhərrəmov və C.Bağırovun analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü