Abşeron rayonunda zorlama hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, daxil olan məlumata görə, hadisə rayonun Masazır qəsəbəsində yerləşən “Romi” motelində olub. Məlumatda bildirilir ki, Ruslan Dilbazi adlı şəxs dünən axşam saatlarında tanışı Vüsalə Kərimovanı motelə dəvət edib. V.Kərimova taksi ilə dəvət olunan yerə gəlib, orada isə müqavimət göstərməsinə baxmayaraq, R.Dilbazi tərəfindən zorlanıb.
Qız motel işçilərinə deyib ki, o zorlandıqdan sonra işgəncəyə məruz qalıb, bərk döyülüb. Bundan sonra qız Abşeron polisinə müraciət edib. Hadisə yerinə gələn polislər də R.Dilbazinin müqaviməti ilə üzləşiblər. O, qız tərəfindən şərləndiyini, hər şeyin razılıq əsasında baş verdiyini bildirib və polisə getməkdən imtina edib. Daha sonra damarlarını kəsərək, intihara cəhd edib. Buna baxmayaraq, onu polis şöbəsinə aparıblar.
Abşeron rayon Polis Şöbəsindən AzNews.az-ın bu məlumatını təsdiqləyiblər. Lakin polisdən bildiriblər ki, V.Kərimova onlara yalnız döyülmə ilə bağlı şikayət edib. Polisdən həmçinin o da bildirilib ki, R.Dilbazi narkotik istifadəçisidir.
Qeyd edək ki, “Romi”nin “priton” kimi istifadə edildiyi bildirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü