ABŞ Prezidenti Co Bayden bu gün Ukraynaya 250 milyon dollarlıq yeni yardım paketini açıqlayacaq.
BUTA.TV xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun Almaniyada keçirilən iclasında deyib.
Onun sözlərinə görə, təhlükəsizliklə bağlı yeni yardım paketi Ukraynanın ehtiyaclarını ödəməyə kömək edəcək.
ABŞ müdafiə naziri həmçinin əmin edib ki, Ukraynaya yeni yardımlar müharibə sürətinə uyğun olaraq göndəriləcək.
Ostin ABŞ-ın Ukraynaya 4 milyard dollardan çox yardım göstərməyi öhdəsinə götürdüyünü də xatırladıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü