Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialının müdiri işdən çıxarılıb.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin müvafiq əmri ilə Emil Veysəl oğlu Bədəlov vəzifəsindən azad olunub.
O, ötən il sözügedən vəzifəyə təyin edilmişdi. Uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışan Emil Bədəlov ləğv edilən Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi filialının direktoru vəzifəsində də çalışıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü