"Binə" Ticarət Mərkəzi kimi tanınan, adı isə "Arazavia" MMC olan şirkət barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
İşə Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "Arazavia” MMC qanuni təmsilçisi Dilşad Əmirova Camşidovnadır. O, "Binə” Ticarət Mərkəzinin direktor müavinidir. Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovadır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü