Türkiyə bəzi ölkələrin köməyi ilə türk dünyası yaratmağa çalışır.
BUTA.TV xəbər verir ki, bu sözləri Tehran ATU Universitetinin müəllimi, beynəlxalq əlaqələr üzrə alim Ehsan Müvəhhedian “Armenpress”ə müsahibəsində deyib.
“Burada onların qarşısında yeganə maneə Ermənistandır. Siz qədim tarixə sahibsiniz, öz əlifbanız var. Siz dünyanın bu hissəsində unikalsınız. Və biz görürük ki, sizin qonşu ölkələrdəki bəzi elementlər Ermənistanda sabitliyi pozmaq və hansısa yolla dəyişmək istəyirlər. Onlar sizin sivilizasiyanızı məhv etmək istəyirlər”, - deyə iranlı ekspert erməni jurnalistə bildirib.
Onun sözlərinə görə, İran öz ərazisindəki erməni kilsələrini qoruyur:
“Bilirsiniz ki, İranda yüzlərlə qədim kilsəniz var və biz onlara hörmət edir və qoruyuruq. Amma görürürsünüz ki, digər qonşular bunlara əhəmiyyət vermirlər”.
Ekspert bir daha vurğulayıb ki, İran həqiqətən Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir və bəzi dövlətlərin Ermənistanda onun ərazi bütövlüyünə hörmət etmədən yaratmaq istədiyi dəhlizdən dərin narahatdır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü