ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə müzakirə olunacaq mövzular bəlli olub.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-də yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz X hesabında paylaşım edib.
O qeyd edib ki, aşağıdakı əsas sənədlərin imzalanması nəzərdə tutulur:
1. Sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat.
2. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanması.
3. Hər iki ölkənin ATƏT-in Minsk Qrupundan rəsmi çıxışını təsdiqləyən birgə məktub.
4. Həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan arasında münasibətlərin inkişafını nəzərdə tutan Anlaşma Memorandumları.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü