Deyəsən, Cabir İmanovun ruhunu rahat buraxmaq istəməyənlər, daha doğrusu, qarahüruhun Yal Taqları sakitləşmək fikrində deyillər. Deməli, bu həm də o deməkdir ki, biz də, yəni sağlam təfəkkürün tərəfində olan, dövlətçi zehniyyətə malik düşərgə də sakitləşməli deyilik!
BUTA.TV xəbər verir ki, bu sözləri ReAL TV-nin sahibi, tanınmış jurnalist Mir Şahin qeyd edib.
“Cabir İmanov da, Tahir İmanov da milli-dövlətçi ziyalı dünyagörüşünün parlaq təmsilçiləridir. Biz onları - satiranın yüksək liqasının nümayəndələrini populist, avto-lavka “bədiyyatının” sosial şəbəkələrdə kütləyə aşağı zövq aşılayan qara-qura güruhunun ayağına verməyəcəyik və verməməliyik”, - deyə o bildirib.
Mi Şahin buna cavab hazırladığını da anons edib:
“Tahir, əzizim, siz hüznünüzlə məşğul olun, dərdinizə şərikik. “Təfərrüatlarla”, tullantılarla biz məşğul olarıq! Oktyabrın 12-ni, saat 21-00-da Bizi (!) gözləsinlər! İşğal edilmiş bütün ərazilərimizi, o cümlədən doğma Laçını qaytaran Ali Baş Komandana təşəkkür etməyə üfunət qoxuyan qaragüruhun linç qorxusu qarşısında (!) cəsarəti çatmayan nankor sürüsünə müdhiş cavabımız olacaq! 12 oktyabr saat 21-00!”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü