Bu gün KİV-də iki siyahı var: biri “beşinci kolon” adlandırılan siyahıdır, digəri isə Ramiz Mehdiyevin “tərəfdarları” tərəfindən yayılmış siyahıdır və orada “xəyanətkarlar və keçmiş tərəfdarlar” barəsində kompromatla hədələmələr var.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, kimin hansı tərəfdə olmasından asılı olmayaraq, qarşıdurma qruplarının mövcudluğu və onların strukturlaşdırılması qarşıdurmanın formallaşması deməkdir:
“Bu baxımdan, xatırlatmaq istərdim ki, ehtimal olunan “xüsusi hərbi əməliyyatın” maraqlı tərəfləri bu qarşıdurmadan mütləq şəkildə öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar ki, “iştirakçılar” vasitəsilə ölkəmizdə vətəndaş həmrəyliyini və ictimai konsolidasiyanı pozmağa davam etsinlər.
Xarici maraqlı tərəflər üçün kimin kimi “məğlub edəcəyi” tamamilə fərq etmir - onların məqsədi xaos yaratmaq və ya heç olmasa qarşıdurmanı formalaşdırmaq və dərinləşdirməkdir.
Lakin artıq bu gün belə görünür ki, bu “layihə” uğursuzluğa məhkumdur”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü